Astara rayonunda “Biz gəlirik” layihəsi həyata keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində verir.
Tədbir 17 dekabr tarixində baş tutacaq. Proqram çərçivəsində müxtəlif idman oyunları təşkil ediləcək. Bütün maraqlananlar tədbirə qoşula bilərlər.
Tədbirdə fərqlənən iştirakçılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sertifikatları ilə mükafatlandırılacaqlar.