Z.Bünyadov adına Astara şəhər 2 saylı orta məktəbində "Ümummilli lider Heydər Əliyev və uşaqlar” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.
Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə keçirilən görüşdə məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. Onlara Heydər Əliyevin həyatı, dövlət siyasəti haqqında məlumatlar verib.
Sonda şagirdlər şeirlər söyləyib, mövzu ilə bağlı kitablarla tanış olublar.