Astarada “Ulu Öndər Heydər Əliyev Azərbaycanda tarixi abidələrin qorunmasına xüsusi önəm verib“ mövzusunda görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 aprel tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində keçirilib. Burada Burzubənd kənd tam orta məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.
Görüş çərçivəsində “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” mövzusunda film təqdim edilib. Daha sonra mövzu ətrafında geniş məlumatlar verilib.
Yekunda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxış keçiriblər.