top
Astara hakimlərinin istehkamı: Şindan qalası
09 mart 2023, 05:10
- +

Astara hakimlərinin istehkamı: Şindan qalası

Şindan qalası Astara rayonunun Sım kəndindən 6-7 km cənub-qərbdə, dəniz səviyyəsindən təxminən 1828 metr yüksəklikdəki rayonun ən uca Şindan dağ zirvəsində yerləşir [2,5].

Tarixçi Səidəli Kazımbəyov “Səidiyyə” kitabında qala haqqında yazıb: “Şindan qalası yüksək bir zirvədə yerləşir və onun hansı tarixi dövrə aid olduğu məlum deyil”. Professor Nadir Məmmədov Şindan qalasını III əsrə aid edir və bu qalanın məhz Sasanilər dövründə tikildiyini qeyd edir.

Yerli əhalinin sözlərinə görə, Şindan qalası IX əsrdə Babək Xürrəminin istehkamlarından biri idi [3]. XV əsrdə Astara hakimləri Əmir Sultan və XVI-XVII əsrlərdə Əmir Həmzə хan, həmçinin XVIII əsrdə Talış xanı Qara xan öz təhlükəsizliklərini təmin etmək üçün bu qalaya sığınıblar [4,6]. Əmir Həmzəni cəzalandırmaq üçün göndərilən Ərdəbil hakimi, qaramanlı Zülqədərхan bu qalanı 9 ay mühasirədə saхlasa da, оnu ala bilməyib. Lakin Gilanlı Hidayət xan XVIII əsrdə qalanı yalnız iki il müsadirə etdikdən sonra ala bilib [3,4].

Qalanın “Şindan” adlandırılması haqqında bir neçə fikir mövcuddur. Talışlar qalanı “Şındu”, yəni “pilləkənli” qala adlandırırdılar. Buna səbəb isə qalaya gedən yeganə yolun pilləkənlə olması idi. Bəzi mənbələrə görə, puştu dilində (Əfqanıstanda, Pakistanda və İranda yaşayan xalqın ana dili) “şin” - yaşıllıq, “dan” - yer mənasını verir. Ehtimal olunur ki, qala yaşıl meşə içərisində yerləşdiyindən, onu “Şindan” adlandırmışlar. Bir çox tarixçilər “Şindan” sözünün mənasını şin tayfasının adı ilə bağlayırlar. Tarixi mənbələrdə bu tayfanın bir zamanlar Astara ərazisində yaşadığı qeyd olunur [4].

Şindan qalasının hündürlüyü təxminən 18 metr idi və dağ zirvəsində bir hektara qədər sahəni tuturdu [3,5]. Bu qala, əsasən, iki hissədən ibarət idi və girişində daşdan pilləkən mövcud olub [3]. 1833-cü ildə çap edilmiş “Royal Geographical society” kitabında Şindan qalasına gedən yol, həmçinin qalanın özü təsvir edilir [1].

Qalanın ərazisində 1969 və 2003-cü illərdə arxeoloji qazıntılar aparılıb. Həmin qazıntılar zamanı çox sayda saxsı qablar, sikkələr və s. müxtəlif arxeoloji nümunələr aşkar edilib [2,4].

Ədəbiyyat:


  1. Harvard College library. Royal Geographical society. volume III. London-1833.

  2. Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları. Bakı-1992.

  3. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

  4. Azərbaycan Arxeologiyası və Etnoqrafiyası. Bakı-2003.

  5. Azərbaycan Milli Elmlər akademiyası Arxeologiya və Etnoqrafiya institutu. Azərbaycan arxeoloqiyası orta əsrlər. Bakı-2008.

  6. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə 1855. Bakı-2009.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:56

Ölkəmizdə hər 6 nəfərdən 1-i siqaret çəkir

Bütün xəbərlər
Bu gün, 13:22

Astarada 18 kq narkotik aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:53

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Bütün xəbərlər
Bu gün, 12:24

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bütün xəbərlər
Bu gün, 11:55

Kasıb ailələrdə uşaq sayı daha çoxdur

Kriminal
Bu gün, 11:26

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Kriminal
Bu gün, 10:58

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 10:25

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Bu gün, 09:59

Lənkəran Dövlət Dram Teatrının sabiq baş rəssamı vəfat edib

Bütün xəbərlər
Bu gün, 09:18

İmişlidə kişi həyətdə yıxılıb öldü

Cəmiyyət
Dünən, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
Dünən, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Dünən, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
Dünən, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Dünən, 15:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Dünən, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Dünən, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Dünən, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Dünən, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Dünən, 11:30

MİQ-də vakansiya seçimi başladı

Oxşar xəbərlər