top
Anar Kəkəyevin rejissoru və prodüseri olduğu Mədəniyyət fədaisi sənədli filminin təqdimatı keçirilib
09 aprel 2023, 22:41
- ↺ +

Anar Kəkəyevin rejissoru və prodüseri olduğu "Mədəniyyət fədaisi" sənədli filminin təqdimatı keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran şəhər Mədəniyyət Mərkəzində mədəniyyət xadimi Şövkət Səfərovaya həsr olunmuş "Mədəniyyət fədaisi" sənədli filminin təqdimatı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 aprel tarixində verir.

Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Şövkət Səfərovanın ailə üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov səbəbkar haqqında öz təəssüratlarını bölüşüb. Bildirib ki, Ş.Səfərova yaşadığı rayonun ictimai-siyasi, mədəni həyatında silinməz izlər qoyub. O, mədəniyyət sahəsində çalışdığı dövrdə Lənkəranı, folklorumuzu bir çox ölkələrdə tanıtmağa nail olub. Yaratdığı "Şənlik" rəqs ansamblı Polşadakı müsabiqədə “Qızıl Balta” mükafatı qazanıb. Hazırda həmin mükafat Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. İdarə rəisi Ş.Şahbazov, həmçinin qeyd edib ki, mədəniyyət xadiminin Lənkəran Şəkil Qalereyasının, Lənkəran Uşaq Rəssamlıq Məktəbinin, Lənkəran Dövlət Dram Teatrının yaranmasında, bir çox mədəniyyət obyektlərinin, eləcə də məktəb və uşaq bağçalarının tikintisi və bərpa edilməsində zəhməti danılmazdır.

Filologiya elmləri doktoru,  professor Yədulla Ağazadə mədəniyyət fədaisi Ş.Səfərovanın fəaliyyəti haqqında geniş məruzə edib.

Tədbirdə Şövkət Səfərovaya həsr olunmuş "Mədəniyyət fədaisi" sənədli filminin rejissoru Anar Kəkəyev və ssenaristi Tural Kərimov çıxışlarında filmin necə ərsəyə gəlməsindən ətraflı danışıblar.

Sonra Şövkət Səfərovaya həsr olunmuş “Mədəniyyət fədaisi” adlı sənədli film nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda çıxış edən Ş.Səfərovanın qızı, "Tərəqqi" medallı pedaqoq Südabə Səfərova təşkilatçılığa görə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib və filmin yaradıcı heyətinə, tədbir iştirakçılarına öz minnətdarlığını çatdıraraq anası haqqında xoş xatirələrini bölüşüb.

[URIS id=36480]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Oxşar xəbərlər