top
Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən yolun təmiri yekunlaşır
25 sentyabr 2024, 07:08
- ↺ +

Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən yolun təmiri yekunlaşır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km) ‒Sırıq ‒Əfçədulan ‒Horavar ‒Əngövül‒ Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmirini yekunlaşdırmaq üzrədir.

Cenublu.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, uzunluğu 23.5 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolların eni 10 metrə qədər genişləndirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolboyu  torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə və yol əsasının tikintisi işləri görülüb. Texnoloji ardıcıllığa uyğun daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib. Artıq yolun Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov hissələrində yeni asfalt örtüyünün döşənməsi işləri yekunlaşıb.

Hazırda Sırıq və Keçələkəran hissələri üzrə asfaltlanma işləri son mərhələdə olmaqla aparılır.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.

Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində hər biri bir aşırımlı olmaqla 3 yeni avtomobil körpüsünün də tikintisi artıq yekunlaşmaq üzrədir.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Bütün işlər  tərtib olunmuş qrafikə uyğun şəkildə icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
Bu gün, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
Bu gün, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
Bu gün, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
Bu gün, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
Bu gün, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Bu gün, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Dünən, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Dünən, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Dünən, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Dünən, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Dünən, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Dünən, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Dünən, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
23 sentyabr 2026, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
23 sentyabr 2026, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
23 sentyabr 2026, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
23 sentyabr 2026, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Oxşar xəbərlər