Cəlilabadda təsərrüfat sahəsinə zərər dəyib. Bu haqda bu gün, 31 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Hadisə rayonun Məmmədrzalı kəndində, əkin sahəsində baş verib. Belə ki, əkin sahəsində iş görülərkən kənd sakini, 1978-ci il təvəllüdlü Qabil Qasımov idarə etdiyi traktoru aşırıb.
Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaralı rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.