Lənkəran rayon sakini Salyanda baş vermiş ağır qəza nəticəsində dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 fevral tarixində Report.az-a istinadən verir.
Hadisə Salyanın Kürsəngi kəndində baş verib. Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çarpılıb.
Qəza nəticəsində “Mercedes”də olan Lənkəran rayon sakini, 69 yaşlı Ağa Faiq Xudaverdi oğlu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı şəxsiyyətləri hələ məlum olmayan daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.