Lənkəran rayonunun Parakənd kəndinin keçilməz yolları sakinlərin gediş-gəlişini çətinləşdirir. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 yanvar tarixində verir.
Sakinlərin sözlərinə görə, bu ərazidə 15-ə yaxın ailə yaşayır. Kəçilməz vəziyyətdə olan yol ilə, xüsusilə məktəblilər hərəkət edirlər.
“Neçə müddətdir ki, yolsuzluqdan əziyyət çəkirik. Yağışlı havada uşaqlar məktəbə gedərkən qaloş geyinmək məcburiyyətindədirlər. Xahiş edirəm, müvafiq qurumlar yolumuzu təmir etsinlər”, – deyə sakinlərdən biri qeyd edib.