Masallı rayonunun Lürən kəndində asfaltlanma işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyul tarixində verir.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, 47 saylı Yol İstismarı İdarəsi tərəfindən rayonun Lürən kəndində ümumi uzunluğu 1800 metr olan mərkəzi yolun yararsız vəziyyətə düşmüş müxtəlif hissələrinə asfalt örtüyü salınıb.