top
Masallının Boradigah qəsəbəsinin sakinləri internetlə bağlı problem yaşayırlar
12 iyun 2023, 02:17
- ↺ +

Masallının Boradigah qəsəbəsinin sakinləri internetlə bağlı problem yaşayırlar

Masallı rayonunun Boradigah qəsəbəsində sakinlər internetlə bağlı problem yaşayırlar. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində Report-a istinadən verir.

Onların sözlərinə görə, buna səbəb xətlərin köhnəlməsidir. Sakinlər deyirlər ki, uzun müddətdir yenilənməyən xətlər mütəmadi olaraq qırılır və yalnız əraziyə cəlb olunmuş aidiyyəti qurumların əməkdaşlarının müdaxilələrindən sonra internet bərpa olunur.

Qəsəbə əhalisi, xüsusən yağışlı və küləkli hava şəraitində internet və telefon xətlərinin fəaliyyətinin dayandığını söyləyiblər. Onlar bildirirlər ki, son günlər müşahidə olunan güclü külək və yağış səbəbindən yüzlərlə abonent telefonsuz və internetsiz qalıb.

Qəsəbədə iki məktəb və bir xəstəxananın fəaliyyət göstərdiyini xatırladan sakinlər internet xətlərinin kəsildiyi zaman bu müəssisələrin ciddi problemlə üzləşdiyini vurğulayıblar.

Bundan əlavə, xeyli məktəbli və abituriyentin onlayn hazırlıqlara cəlb olunduğunu söyləyən yerli əhali bildirib ki, internet kəsilən zaman onların da tədrisində yubanmalar yaranır.

Sakinlər bildirirlər ki, keyfiyyətli internet imkanı verən GPON sistemi qəsəbənin yaxınlığına qədər gətirilib. Amma ölkənin ən böyük yaşayış məntəqələrindən olan Boradigahda internet sarıdan ciddi problemlər yaşanır.

Bir qrup sakin qəsəbəyə Fiber Optik internet xidmətinin verilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlayıb.

Nazirliyin "Aztelekom" MMC-nin Cənub Regional Filialından "Report"un yerli bürosuna bildirilib ki, Boradigah qəsəbəsi rayonda avtomat telefon stansiyalarının (ATS) qurulduğu ilk məntəqələrdəndir. Qeyd edilib ki, bu gün təkcə Boradigah qəsəbəsində 4 ATS fəaliyyət göstərir:

"Son beş ildə Masallıda rabitə xidməti ardıcıl olaraq yüksələn xətlə inkişaf edib. Rayonda telekommunikasiya sistemi tam kompüterləşdirilib. Həm şəhər, həm də kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Lakin bu gün yeni nəsil texnologiyanın tətbiqi daha sürətli, keyfiyyətli xidmətin təmin olunması zərurətini yaradır. Bu məqsədlə ölkə ərazisində olduğu kimi, Masallı rayonunda da yeni, yüksək sürətli optik internet şəbəkəsinin tətbiqinə başlanılıb. Artıq şəhər ərazisində, eləcə də bir sıra kəndlərdə layihələr davam etdirilir".

Filialdan vurğulanıb ki, Boradigah qəsəbə sakinlərinin telefon və internet xidmətinin keyfiyyətindən narazı olmasının səbəbi də bu yeniliklərlə bağlıdır: "Çünki ətrafda 40-50 megabit sürətli internet xidmətini görən, ondan istifadə edən şəxs üçün artıq 1-2 megabit sürət çox zəif hesab edilir və ona görə də daha yaxşısını istəyirlər. Hazırda rayon ərazisində GPON sisteminin tətbiqi davam edir. Artıq Boradigah qəsəbəsinə yaxın Bədəlan kəndində bu işlər yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda Boradigah qəsəbəsi üçün də belə bir layihə işlənəcək və abonentlərin istifadəsinə veriləcək. Ümumiyyətlə isə 2025-ci ilə qədər optik internet şəbəkəsinin bütün ölkəni əhatə edəcəyi gözlənilir".

 

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
Bu gün, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
Bu gün, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
Bu gün, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

İqtisadiyyat
Bu gün, 14:36

Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bütün xəbərlər
Bu gün, 13:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Bu gün, 12:34

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:01

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb

Cəmiyyət
Bu gün, 10:59

Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə yardım göstərib

Bütün xəbərlər
Bu gün, 10:16

Astarada narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDU

Faydalı
Bu gün, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
Dünən, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
Dünən, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
Dünən, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
Dünən, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
Dünən, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
Dünən, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
Dünən, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
Dünən, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Dünən, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
24 sentyabr 2026, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Oxşar xəbərlər