Masallı rayonunun müxtəlif ərazilərində olan asfalt örtüklü mərkəzi yollarda təmir işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 aprel tarixində verir.
Belə ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, 47 saylı Yol İstismarı İdarəsi tərəfindən rayonun Müsakücə, Lürən kəndləri və Qızılavar ərazilərində olan asfalt yollarda təmir-bərpa işlərinə başlanılıb, əhalinin yollardan rahat istifadə etmələri üçün şərait yaradılır.
Qeyd edək ki, digər yolların da təmir olunması 47 saylı Yol İstismarı İdarəsi tərəfindən növbəlilik əsasında həyata keçiriləcək.