Masallı şəhəri, Dadva küçəsində “Təmiz qaz” QSC tərəfindən aşkar olunan yeraltı qaz sızmasını aradan qaldırmaq üçün bəzi ərazilərdə qazın verilişi dayandırılacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 may tarixində verir.
Belə ki, Masallı şəhərinin Füzuli, Qurtuluş, Z.Əliyeva və Dadva 1 küçələri olmaqla ümumilikdə 2500-ə yaxın abonentin qaz təchizatının 24 may saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.