Masallı rayonunun Babaser kənd yollarının təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Sakinlər bildirirlər ki, yayda toz-torpaqdan, qışda isə palçıqlı yollardan əziyyət çəkirlər. Həmçinin yollarda əmələ gəlmiş çala-çuxurlar avtomobillərinə ziyan vurur.
Qeyd edək ki, Babaser kəndinin 1700 nəfərdən çox sakini var.