Masallı rayonunun Ərkivan qəsəbəsində yolların təmir-bərpası həyata keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində Masallı Xəbərləri-nə istinadən verir.
Söhbət qəsəbənin Bədirli məhəlləsindən gedir. Burada 2 km yol hamarlanaraq təmir edilib.
Təmir işləri 47 nömrəli Yol İstismarı MMC tərəfindən icra edilib.