Masallı rayonunda quruculuq-abadlıq və yenidənqurma işləri davam etdirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 fevral tarixində Masallı Xəbərləri-nə istinadən verir.
Rayonunun Səfalı Məmmədov və Cəfər Cabbarlı küçələrinin kəsişməsində istirahət parkının tikintisinin təməli qoyulur.
Adıçəkilən ərazidə 1 nömrəli uşaq bağçası yerləşirdi. Lakin bağça digər ünvanda yerləşən yeni tikilən binaya köçürülüb. Belə ki, bağçanın köhnə binası sökülərək, yerində istirahət parkı tikilir.