Masallıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 sentyabr tarixində Den.az-a istinadən verir.
Hadisə Masallı rayonu ərazisində qeydə alınıb. Belə ki, Asfalt zavoduna məxsus "Tatra" markalı yük avtomobili ilə “Audi” minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb. O, dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.