Masallıda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 mart tarixində APA-ya istinadən verir.
Qəza Xallıcalı kəndində baş verib. Əkrəm Hüseynov idarə etdiyi “Mercedes Benz” markalı avtomobil ilə velosipedçi Rasət Abdullayevi vurub. Nəticədə R.Abdullayev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.