Masallıda infrastrukturun inkişafı üçün yolların təmir işləri aparılır. Bu haqda bu gün, 30 mart tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Qarğalıq ərazisində xeyriyyəçilər tərəfindən Şəhid Abbasov Mehti Bayram oğlu və Şəhid Məmmədov Xanlar Xudaş oğlunun adına olan küçələr çınqıl daşla təmir edilib.
Həmçinin rayonun Qızılavar kəndində xeyriyyəçi tərəfindən ümumi uzunluğu 70 metr olan kənddaxili küçə asfaltlanıb, mərkəzi yolla küçəni birləşdirən qovşaqdakı suaparıcı kanala asbest borusu əlavə olunub.