Masallı rayonunun Mollaoba kəndində qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
“BMW” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində sonuncunun sürücüsü idarəetməni itirərək hasara çarpılıb.
Hadisə nəticəsində ağır xəsarət alan 1 nəfər Masallı rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.