Masallı rayonunda qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 aprel tarixində verir.
Hadisə rayonun Sərçuvar kəndi ərazisində baş verib. Qəza nəticəsində 4 nəfər - 71 yaşlı Mirzəyeva Gülxar Əziz qızı, 60 yaşlı Sucayeva Gülnisə Seyid qızı, 45 yaşlı Zülfiyev Dilqəm Akif oğlu və 26 yaşlı Həsənzadə Elçin Alışan oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.