Masallı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində Report.az-a istinadən verir.
Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində minik avtomobilində olan sərnişin, 61 yaşlı Məmiyeva Aidə Məmməd qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.