Masallıda Dövlət Yol Polisi əməkdaşları tərəfindən növbəti profilaktik tədbirlər keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 dekabr tarixində ARB Cenub-a istinadən verir.
Belə ki, rayon ərazisində keçirilən tədbirlər zamanı hərəkət iştirakçıları üçün təhlükə yaradan, nəqliyyat vasitəsini sərxoş şəkildə idarə edən, avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən, yükdaşıma və sərnişindaşıma qaydalarını pozanlar aşkar ediliblər. Həmçinin dayanma-durma qaydalarını pozaraq, digər nəqliyyat vasitələrinə və piyadaların hərəkətinə maneələr yaradan sürücülər də müəyyən ediliblər.
Bundan əlavə, azyaşlıların iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəqliyyatın intensiv hərəkət etdiyi dövrlərdə məktəblərin piyada keçidlərinin qarşısında xidmət gücləndirilir.