Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 38 km-lik yolda görülmüş işlərlə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
Belə ki, Masallı rayonunda uzun müddətdir ki, təmirə ehtiyacı olan Mollahəsənli, Ləngan, Əhmədli, Təklə, Köçəkli, Bala Təklə, Şərəfə, Öncəqala, Hüseynhacılı, Viləş, Xallıcalı, Dəlləkli və Qədirli kəndlərindən keçən yollar əsaslı təmir olunur.
Ümumi uzunluğu 38 km olan yolda təmir və asfaltlanma işləri davam etdirilir.