Masallı rayonunun bəzi kəndlərində qaz təchizatında məhdudiyyət yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində verir.
Ərkivan–Lürən yolunda quraşdırılmış RDUK-2H-100 tipli tənzimləyicinin sökülməsi planlaşdırılır. Bununla əlaqədar Lürən, Qızılavar, Bala-Kolatan və Musaküçə kəndlərinin bir hissəsi olmaqla ümumilikdə 1600 abonentin qaz təchizatında 23 aprel tarixində saat 10:00-dan etibarən fasilə yaranacaq.