Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir.
Hərəkətin sıx olduğu ərazidə işıqforun işləməməsi piyadalar və sürücülər üçün həyati təhlükə yaradır. Ümidvarıq ki, aidiyyəti qurumlar məsələyə nəzər salacaqlar.