Lənkəran şəhəri, M.Ələkbərov və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən piyada keçidi silinib, müvafiq nişan isə qoyulmayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 aprel tarixində verir.
Belə ki, Lənkəran Dövlət Universitetinin əsas korpusuna getmək üçün istifadə olunan zolaq xeyli müddətdir ki, silinib. Sakinlər ora “piyada keçidi” nişanının qoyulmasını və piyada keçidi zolağının bərpa olunmasının zəruriliyini bildiriblər.