Lənkəran rayonu Ürgə kəndinin yolları keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 sentyabr tarixində verir.
Belə ki, kəndin “Məktəb küçəsi” adlanan ərazisində gediş-gəliş yağış yağandan sonra çətinləşib.
Küçədə kanalizasiyanın olmaması və yollardakı çuxurlar səbəbindən həyətləri su basıb və sakinlərin hərəkəti məhdudlaşıb.
Qeyd edək ki, bu yoldan məktəblilər daima istifadə edirlər.