Lənkəran şəhəri, Müzəffər Nəsirli və İ.Səmədzadə küçələrinin kəsişməsində olan piyada səkisinin təmiri xeyli müddətdir ki, natamam qalıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 noyabr tarixində verir.
Sakinlər bildirirlər ki, yağıntılı havada yol palçıqlı olduğundan onların əyin-başları da batır:
“Xahiş edirik aidiyyəti qurumlardan, səkinin təmirini bitirsinlər”.