Lənkəran şəhəri, Hacı Zeynalabdın Tağıyev küçəsinin yolları bərbad vəziyyətdədir. Bununla bağlı sakinlər bu gün, 15 fevral tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, küçənin Səttərxan küçəsi ilə kəsişməsindən Kiçik bazar məscidi istiqamətinə gedən hissəsi keçilməz vəziyyətdir. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər:
“Bir daha sizin vasitənizlə müraciət edib küçəmizin yolunu təmir etmələrini xahiş edirik”.