Lənkəran rayonunun Ləj kəndinin yolları keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.
Sakinlər bildirirlər ki, yollarda yaranan çala-çuxur səbəbindən avtomobilləri tez-tez sıradan çıxır:
“Bu yollardan nə ictimai nəqliyyat, nə də taksi keçir. İşdir, xəstəmiz olsa, Təcili Tibbi yardım maşını güclə gəlir. Öz şəxsi avtomobillərimiz bu yollarda dağılıb. Xahiş edirik aidiyyəti qurumlardan, yollarımızı təmir etsinlər”, – deyə sakinlər bildiriblər.