Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 mart tarixində Apa.az-a istinadən verir.
Hadisə Lənkəran-Boradigah magistralının Lənkəran rayonunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 43 yaşlı Hüseyn Qəhrəman oğlu Ağayev, 21 yaşlı Hüseyn Rəis oğlu Mirzəzadə və 21 yaşlı Cəfər Müqabil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.