Lənkəran rayonunun Etibar Əliyev və Mir Mustafa xan küçələrinin kəsişməsində piyada zolağı silinib, piyada keçidi nişanı isə yoxdur. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 dekabr tarixində verir.
Belə ki, adıçəkilən yolda piyada zolağının silinməsi və nişanın olmaması sürücülər və piyadalar üçün təhlükə saçır. Bununla bağlı sakinlər aidiyyəti qurumlardan məsələnin həll olunmasını xahiş edirlər.