Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, hərbi şəhərciyin həyətinin vəziyyəti sakinləri narahat edir. Bununla bağlı onlar bu gün, 21 iyul tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlər bildiriblər ki, onlar bütün fəsillərdə palçıqlı yolla gedib-gəlməyə məcburdurlar:
“4 gün öncə Lənkərana yağış yağdı. Yayın istisinə baxmayaraq, yol hələ də qurumayıb və biz bu palçıqlı yolla gedib-gəlirik. Qışda vəziyyət daha da pis olur. Xahiş edirik aidiyyəti qurumlardan, yolumuzu təmir etsinlər”, - deyə sakinlər bildiriblər.
[URIS id=41529]