Lənkəran şəhərinin mərkəzi küçələrinin birində çuxurlar və üstü açıq qalmış xəndək sürücülərin narahatlığına səbəb olur. Bu haqda məlumatı Cenublu.az bu gün,18 dekabr tarixində verir.
Sözügedən məsələ Paşa Təhməzov küçəsində qeydə alınıb. Belə ki, hələ də baxımsız vəziyyətdə qalan yol avtomobillərə ziyan vurur və təhlükə yaradır.
“Xahiş edirik, aidiyyəti qurumlar küçəni təmir etsinlər”, – deyə sakinlər bildiriblər.
Qeyd edək ki, bu küçə haqqında daha öncə məlumat vermişdik.