Lənkəranın bəzi küçələrində uzun müddətdir işıqforların fəaliyyəti dayanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 yanvar tarixində verir.
Söhbət Mir Mustafa xan və Zərifə Əliyeva küçələrindən gedir. Belə ki, adıçəkilən küçələrdə 13 yanvar tarixində yağan aramsız qardan sonra işıqforlar işləmir.
“Artıq neçə müddətdir ki, işıqforların işləməməsi sürücələrə və piyadalara təhlükə saçır”, – deyə sakinlər bildirirlər.
Xatırladaq ki, Lənkəranda qarın yağması nəticəsində rayon ərazisində işıqların sönməsi müşahidə olunmuşdu.