Lənkəran rayonunun Şiləvar kəndinin yolu neçə müddətdir ki, sakinləri narahat edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində verir.
Söhbət Ələt-Astara yolunda yerləşən “Bravo” marketinin yanındakı 21-ci məhəllədən gedir. Burada asfaltsız yol sakinlərin gediş-gəlişini çətinləşdirir. Xüsusilə yağış yağan kimi yolda hərəkət müşkülə çevrilir.
“Xahiş edirik, müvafiq qurumlar küçəmizin yol örtüyünü əsaslı təmir etsinlər”, – deyə sakinlərdən biri bildirib.