Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyul tarixində verir.
“VAZ-2106” markalı avtomobilin sürücüsü əsas yolla hərəkət edən avtomobillərə yol verməyərək manevr edib. Nəticədə, o, iki “VAZ-2107” markalı avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.