Lənkəran şəhərinin Hacı Nəsir 35 ünvanında yerləşən xəndəklər uzun müddətdir təmizlənmir.
Sakinlər tərəfindən Cenublu.az -a verilən məlumata görə,, ərazidə uzun müddətdir təmizlik işləri aparılmır və bu vəziyyət həm ekoloji, həm də sanitariya baxımından ciddi narahatlıq yaradır.
"Xəndəklər zibillə, qurumuş yarpaqlarla dolub. Yağış yağanda su daşır. Yayda isə pis qoxu və həşəratlar ətrafı bürüyür", – deyə ərazi sakini bildirib.