Cəlilabad rayonunda fermada bədbəxt hadisə baş verib.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndində yerləşən fermada qeydə alınıb. Fermada gözətçi işləyən Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb.
Döş qəfəsindən xəsarət alan M.Bayramov təcili tibbi yardım vasitəsilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Faktla bağlı araşdırma aparılır.