Masallı rayonunda bir neçə yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, təmir-quraşdırma işləri ilə əlaqədar 23 sentyabr tarixində saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Köhnə Alvadı, Banbaşı və Yeyənkənd kəndlərinin, həmçinin Böyük Xocavar kəndinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatının təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa olunması nəzərdə tutulur.