Lənkəranda piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki dağılıb. Bu haqda bu gün, 25 fevral tarixində Cenublu.az xəbər verir.
Sözügedən səki şəhərin Həzi Aslanov və Qala Xiyabani küçələrinin kəsişməsində yerləşir. “İpək” şirniyyat evinin qarşısında yerləşən səkinin bu halı sakinləri narahat edir.
“Lənkəran həmişə turistlərin üz tutduğu yerdir. Onlar bura gələndə utanırıq şəhəri gəzdirməyə. Görünüş qalsın bir qırağa, bu dağınıq səki ilə getmək mümkün olmur, ayağımız burxulur, yıxılırıq. Məcbur qalıb avtomobil yoluna çıxırıq”, - deyə şəhər sakini qeyd edib.