Lənkəran rayonunda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktiki tədbirlər həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində verir.
Tədbirin əsas məqsədi sərnişinlərin təhlükəsiz daşınmasının yoxlanılması olub. Reyd zamanı marşrut xətti üzrə hərəkətdə olan bir çox nəqliyyat vasitələrinin yararsız halda olması və heç bir təhlükəsizlik elementlərinin olmaması müəyyən olunub. Həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.