Lənkəranda ağır qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 aprel tarixində Metbuat.az-a istinadən verir.
Hadisə rayonun Nərimanabad-Liman yolunda baş verib. Xanım sürücünün idarə etdiyi "Mercedes A class" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə zamanı 3 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.