Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 aprel tarixində Apa.az-a istinadən verir.
Hadisə Ələt–Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili traktorla toqquşub. Yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.