Lənkəranda minik avtomobili piyadanı vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.
Hadisə Sütəmurdov kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan maşın Aşağı Nüvədi kənd sakini, 17 yaşlı Şahrza Əliyevi vurub.
Yaralı dərhal reanimasiyaya çatdırılıb. Daha sonra travmatologiya şöbəsinə yerləşdirilib. Sürücü isə saxlanılıb.
Araşdırma aparılır.