Lənkəranda baş vermiş qəza nəticəsində piyada xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində Apa.az-a istinadən verir.
Hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində baş verib. Yolu keçmək istəyən Boladi kənd sakini, 64 yaşlı Əyyaz Turab oğlu Heydərovu avtomobil vurub.
Sürücü onu dərhal Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.