Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 fevral tarixində APA-ya istinadən verir.
Hadisə Şağlaser kəndində qeydə alınıb. Kənd sakini Əsgər Səyadullanın idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən piyada, 65 yaşlı Firdovsi Paşayevi vurub. Xəsarətlər alan piyada hadisə yerində ölüb.
Sürücü şübhəli şəxs qismində saxlanılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.
Araşdırma aparılır.