Lənkəranda baş vermiş qəza nəticəsində piyada ağır xəsarət alıb. Bu haqda bu gün, 1 aprel tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.
Hadisə rayonun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 36 yaşlı İlkin Natiq oğlu Əzimov ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.