Lənkəran şəhəri ərazisində qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 sentyabr tarixində verir.
Belə ki, Səttərxan küçəsi ilə Hənifə Abdullayev küçəsinin kəsişməsində baş vermiş qəza nəticəsində “Toyota Prius” markalı avtomobil dirəyə çarpılaraq xəndəyə aşıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Həmçinin avtomobilin çarpıldığı rabitə dirəyi və internet xətləri yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_44963" align="alignnone" width="336"]
Foto Cenublu.az[/caption]